Boyalı saçlar üçün maskalar

Saçlar yeni boyandığında istədiyimiz parıltıya sahib olur. Amma bir neçə yumadan sonra quruyur, matlaşır, hətta ağırlaşır. Boyalar kimyəvi tərkibə sahib olduğu üçün saçımızda bu təsirləri yaradır və saçlarımızın normaldan daha sürətli yapıxmasına səbəb olur.

Aloe vera və pivə maskası
Pivə, saçı bərpa etməkdə və parlaqlıq qazandırmaqda çox faydalıdır. Bu maskanı həftədə ən az iki dəfə istifadə etməlisiniz.
Davamı →

Saç boyamağın əsas qaydaları

boyalı saclar1. Saçları düzgün necə boyamaq olar?
Əvvəlcə saça balzam çəkin (saçı yumayın), sonra şüşə qabın içinə boyanı süzün. Hidrogen peroksidi həmin qarışığa əlavə edin. Eyni bərabərdə tağ ayırıb, boyanı saçın dibinə sürtün və gözləyin. Saçın kökü rəngini dəyişdikdən sonra boyanın qalan hissəsini saçın uclarına çəkin. Boya saçda 22–40 dəqiqə qalmalıdır. Saçlar ilıq su ilə yuyulmalıdır.

2. Saçı ilk dəfə boyadıqda nəyə fikir vermək lazımdır?
Əvvəlcə saçların tipini müəyyən edin. İlk dəfə qoyulacaq boya ilə ev şəraitində təcrübə aparmayın. Saçlarınızı professionallara həvalə edin. Yeni saç rəngi seçəndə dərinin rəngini, üz quruluşunu və üz cizgilərini nəzərə alın.

3. Yaxşı nəticəni necə əldə etmək olar?
Saçı ideal boyamaq üçün saçlar azı 2-3 gün yuyulmamış olmalıdır. 2-3 gü ərzidə saçın dibinə yığılan təbii yağ dəridə qoruyucu təbəqə yaradır. Rəng açıcı – hidrogen peroksid saçın yanmasına səbəb olursa, təbii yağ bu zərərin qarşısını alır.
Ardı →